23 Mart 2026
23 mart – Ümumdünya Meteorologiya GünüdürHər il 23 mart tarixi dünyada Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1950-ci il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaradılmasını nəzərdə tutan Konvensiyanın qüvvəyə minməsi ilə bağlıdır. 1961-ci ildən etibarən isə bu gün beynəlxalq səviyyədə qeyd edilərək meteorologiya və hidrometeorologiya sahələrinin cəmiyyət üçün əhəmiyyətini diqqətə çatdırır.