Xəbərlər


Milli parklarda ekoloji maarifləndirici tədbirlər keçirilib

24 Sentyabr 2026, 15:15

Milli parkların zəngin təbiətinin, biomüxtəlifliyinin və ekoturizm imkanlarının tanıdılması, həmçinin əhalinin ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığının artırılması məqsədilə Şahdağ, Hirkan və Samur-Yalama milli parklarında ekoloji maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərdə Şamaxı rayon Ərçiman kənd Cavanşir İslamov adına ümumi orta məktəbin, Xaçmaz rayonunun Yalama kənd tam orta məktəbinin müəllim və şagirdləri, eləcə də Lənkəran Reabilitasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlər zamanı iştirakçılara ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, biomüxtəlifliyin qorunması və ekoloji tarazlığın təmin edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasının vacibliyi vurğulanıb.