“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 7-ci sessiyası keçirilib
24 Sentyabr 2026, 14:20
23 sentyabr 2026-cı il tarixində İran İslam Respublikasının Tehran şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 7-ci sessiyası (COP7) keçirilib. Tədbirdə ölkəmizi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiyada Xəzər dənizinin səviyyəsinin azalması, ətraf mühitin monitorinqi, Xəzəryanı dövlətlər arasında regional əməkdaşlığın gücləndirilməsi, eləcə də ötən müddət ərzində görülmüş işlər və digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın Tərəflər Konfransının 6-cı sessiyası (COP6) 2022-ci ilin 19-21 oktyabr tarixlərində Azərbaycanda keçirilib və növbəti sessiyaya sədrlik İran İslam Respublikasına keçib.