24 İyul 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəngilan rayonunun Ağalı kəndi ərazisində fəaliyyət göstərən “Northwest” MMC tərəfindən tikinti işləri aparılarkən ağacların kəsildiyi müəyyən edilib.
24 İyul 2023
Tullantıları yandıranlar cərimələnib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sabirabad rayonu, Nərimankənd kəndində fəaliyyət göstərən "LukOil" yanacaqdoldurma məntəqəsinin ətrafında, Xaçmaz rayonu, Ağaşirinoba kəndində yerləşən yaşayış evlərinin yaxınlığında, Ağdaş rayonunun Qolqət kəndi, Ağcabədi rayonunun Muğanlı kəndi, Biləsuvar rayonunun Səmədabad kəndi və Salyan rayonunun Yolüstü kəndində yerləşən mağazaların ətrafında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
24 İyul 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.
24 İyul 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində fəaliyyət göstərən "Aysberq" kafesinin ətrafında, Yevlax rayonunun Aran qəsəbəsindəki avtoyuma məntəqəsinin yaxınlığında və Samux rayonunun Kolayır kəndi ərazisindəki dərədə məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
23 İyul 2023
“Təmiz ölkəm” aksiyası çərçivəsində meşə əraziləri tullantılardan təmizlənib
22 iyul tarixində Lerik rayonunun Gürdəsər, Tovuz rayonunun Yanıqlı, Sabirabad rayonunun Şirvan, Şabran rayonunun Dənizkənarı, Qusar rayonunun Qusar, İsmayıllı rayonunun Qalınçaq, Şəki rayonunun Göynük, Ağcabədi rayonunun 1 saylı, Balakən rayonunun Qabaqçöl, Göygöl rayonunun Hacıkənd, Masallı rayonunun Masallı, Bərdə rayonunun Aslan-Əyricə, Gədəbəy rayonunun Qızılca və Qəbələ rayonun Yenikənd meşəbəyliyiklərində təmizlik aksiyaları keçirilib.