24 İyul 2023
Tullantıların yandırılmasına görə obyektlərin səlahiyyətli nümayəndələri cərimələnibDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Binəqədi rayonu, Binəqədi şossesi 1 ünvanında fəaliyyət göstərən mebel istehsalı müəssisəsinin ətrafında, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərən "CMT Grup" MMC-yə məxsus suvaq və yapışdırıcı istehsalı müəssisəsinin ətrafında, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fəaliyyət göstərən maşın təmiri sexinin qarşısında, İmişli rayonunun Heydər Əliyev prospektində, Saatlı rayonunun Genişkənd kəndində və Beyləqan rayonunun Milabad qəsəbəsindəki ərzaq mağazalarının ətrafında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.