“Təmiz ölkəm” aksiyası çərçivəsində iməciliklər keçirilib
01 İyul 2024, 13:30
Ümumrespublika təmizlik aksiyaları çərçivəsində 29 sentyabr tarixində Pirallahı rayonunun Dübəndi qəsəbəsi və Lənkəran şəhərinin Xəzər dənizi sahillərində, Kür çayının Şirvan şəhərindən, Bərgüşad çayının Qubadlı şəhərindən, Yuxarı Qarabağ kanalının Beyləqan rayonu ərazisindən keçən hissələrində, Xaçmaz rayonunun Xudat, Göygöl rayonunun Hacıkənd, Oğuz rayonunun Oğuz meşəbəyliklərində, Qəbələ və Kürdəmir rayonlarının ərazisində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3.5 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır.