Meşə ərazilərinin təmizliyini təmin etmək və insanlarda təbiətə qarşı daha məsuliyyətli yanaşmanı təşviq etmək məqsədilə Göygöl, Xaçmaz, Şabran, Sabirabad, Bərdə, Şəmkir, Qazax, Masallı rayonlarının meşə ərazilərində təmizlik aksiyaları keçirilib.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin və “Azərkimya” İstehsalat Birliyinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Araz supermarketin Nəsimi rayonu filialında keçirilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 19 iyul 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Astara, Ağstafa, Sabirabad, Quba, Qəbələ, Yardımlı rayonlarının meşə ərazilərində, Beyləqan rayonu Əlinəzərli kəndi, Şəki rayonu Çeşməli kəndi, Xocavənd rayonu Xocavənd qəsəbəsində, Mingəçevir su anbarı ətrafında, Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində, Lənkəran rayonu “Sonalar bağı”nda və Şirvan Milli Parkının ətraf ərazilərində iməciliklər keçirilib.