Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Sumqayıt sahili tullantılardan təmizləndi
20 İyul 2024, 15:10
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin və “Azərkimya” İstehsalat Birliyinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib.
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiya zamanı sahil zolağı 450 kiloqramdan artıq tullantıdan təmizlənib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyalar ətraf mühitin qorunması, ekosistemin sağlamlığının təmin edilməsi, eyni zamanda ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, insanlarda ekoloji məsuliyyət hissinin yaradılması və tullantıların düzgün utilizasiyasına dair məlumatlandırmanın təmin edilməsi məqsədilə təşkil olunur.