Ümumrespublika təmizlik aksiyaları çərçivəsində meşə əraziləri tullantılardan təmizlənib
21 İyul 2024, 11:45
Meşə ərazilərinin təmizliyini təmin etmək və insanlarda təbiətə qarşı daha məsuliyyətli yanaşmanı təşviq etmək məqsədilə Göygöl, Xaçmaz, Şabran, Sabirabad, Bərdə, Şəmkir, Qazax, Masallı rayonlarının meşə ərazilərində təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra və bələdiyyə nümayəndələrinin, Göygöl Gənclər Evinin, Göygöl rayon Çaykənd Aşıqlar Evinin, Aqrar İnkişaf və ASAN könüllülərinin iştirak etdiyi aksiyalarda ümumilikdə 3 tona yaxın tullantı yığılıb.