Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edir.
Yay ayları hər kəsin sevdiyi, dincəldiyi, lakin təəssüf ki, ətraf mühitə qarşı ən çox laqeyd yanaşılan mövsümdür. İstirahət etdiyimiz təbiət əraziləri- meşələr, çay kənarları, dəniz sahilləri məhz istirahətə gələnlərin atdığı tullantılarla çirkləndirilir.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Astara rayonu sahilində, Siyəzən rayonu Zarat kəndində, Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində, Tərtər-Ağdərə avtomobil yolunun ətraf ərazilərində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində, Bolqarçayın Biləsuvar rayonu ərazisindən keçən hissəsində iməciliklər keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Oğuz, İmişli, İsmayıllı, Masallı, Bərdə, Tovuz, Şirvan, Şəmkir, Göygöl və Qax rayonlarının meşə fondu ərazilərində iməciliklər keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində təşkil olunub.