Avqustun 24-26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Araz supermarketin Nizami rayonu filialında keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Masallı, Beyləqan, İsmayıllı, Şəki, Zaqatala, Oğuz, Qusar, Xızı, Sabirabad, Astara, Göygöl, Qazax, Gədəbəy və Bərdə rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Ölkə üzrə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyaları (LTS) sənədlərinin hazırlanmasında bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı və öz töhfələrini verməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür geniş və müxtəlif sahələri əhatə edən sənədin hazırlanmasında bütün maraqlı tərəflərin rəy və təkliflərinin alınması, təcrübə və bilik mübadiləsinin aparılması, ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə daha səmərəli və təsirli strategiyaların formalaşdırılmasına imkan yaradacaqdır.