Xəbərlər

İctimai dinləmə keçiriləcək

22 Avqust 2024, 14:50

Ölkə üzrə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyaları (LTS) sənədlərinin hazırlanmasında bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı və öz töhfələrini verməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür geniş və müxtəlif sahələri əhatə edən sənədin hazırlanmasında bütün maraqlı tərəflərin rəy və təkliflərinin alınması, təcrübə və bilik mübadiləsinin aparılması, ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə daha səmərəli və təsirli strategiyaların formalaşdırılmasına imkan yaradacaqdır.

Bununla əlaqədar, sənədlər üzrə müzakirələrin aparılması məqsədilə cari ilin 29 avqust tarixində saat 11.00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ictimai dinləmə keçiriləcək.

Əlaqələndirici şəxs: Məltəm Əhmədzadə meltem.ahmedzade@eco.gov.az