Ümumrespublika Təmizlik Marafonu çərçivəsində meşə əraziləri 2.3 ton tullantıdan təmizlənib
22 Avqust 2024, 16:28
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Masallı, Beyləqan, İsmayıllı, Şəki, Zaqatala, Oğuz, Qusar, Xızı, Sabirabad, Astara, Göygöl, Qazax, Gədəbəy və Bərdə rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin və rayon sakinlərinin iştirakı ilə keçirilən iməciliklər zamanı 2.3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.