06 Sentyabr 2023
Tullantıların düzgün idarə olunmamasına görə bələdiyyə sədrləri cərimələnibEkologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu Köhnə Xudat, İdrisoba, Maqsudkənd, Seyidlikəndyeri və Xuray kəndlərinin müxtəlif ərazilərində tullantılarının qalaqlanması və yandırılması faktları müəyyən edilib.