Xəbərlər

Tibbi tullantıların düzgün idarə olunması sahəsində növbəti maarifləndirici tədbirlər keçirilib

06 Sentyabr 2024, 12:35

Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Bu sahədə növbəti görüşlər Mingəçevir şəhərində “Ramiz Tibb Mərkəzi” MMC, “Modern Dental” stomotoloji klinika, “EvroMed” klinikası, “Şəfa” klinikası, “Kür” klinikası, “Grand River” klinikası, “Regional Hospital”, “AS Dental” stomotoloji klinika, Təbib Diaqnostika Mərkəzi, “Doktor İsmayıl” tibb mərkəzi, “Ailəm Medical Center”, “Medi Park” klinikası, “Mingəçevir şəhər” stomotoloji pliklinikası, “Vital” klinikası, “White Clinic” və “Nərgiz” klinikası, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Ailə Sağlamlıq Mərkəzi, Qusar və Şabran rayonlarının mərkəzi xəstəxanalarında keçirilib.

Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.