Ölkəmizin Paris Sazişi çərçivəsindəki iqlim öhdəliklərinin yenilənməsi çərçivəsində inklüzivliyin təmin edilməsi məqsədilə görüşlər davam edir.
05 Sentyabr 2024, 17:02
Bu məqsədlə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədi və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasının (LTS) layihəsinin hazırlanmasında cəlb edilmiş beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə yerli icra hakimiyyəti orqanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, özəl sektor və biznes subyektləri, akademik sektor və ali təhsil müəssisələrinin nümayəndələri ilə fikir mübadiləsi aparılıb.