Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində, həmçinin qəbul edilmiş digər strateji sənədlərdə növbəti onillikdə iqtisadiyyatın dayanıqlı və yüksək templə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə hədəflər müəyyənləşdirilmişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Kontakt” mağazalar şəbəkəsinin, “Araz” supermarketlər şəbəkəsinin, “Libraff” kitab mağazaları şəbəkəsinin, “Təkan” İctimai Birliyinin, “Ekosfera” Sosial Ekoloji Mərkəzinin dəstəyi ilə Ağ Şəhər “Biznes Mərkəzi 2020”-nin qarşısında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” aksiyası Sahil qəsəbəsində keçirilib.
Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar 2 və 3 avqust tarixlərində Şamaxı, İsmayıllı, Lerik, Astara, Oğuz və Qəbələ rayonlarında ictimai dinləmələr keçirilib.