“Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
20 Sentyabr 2024, 17:45
19 sentyabr tarixində “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin icra orqanı, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda “Təmiz Şəhər” ASC-də idarəetmənin səmərəliliyinin təkmilləşdirilməsi mövzusunda hesabat dinlənilib, habelə Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə gəlirlərinin artırılmasına dair potensial imkanlar mövzusunda fikir mübadiləsi aparılıb və qeyd olunanlarla bağlı Müşahidə Şurası tərəfindən müvafiq qərarlar qəbul edilib.
Bununla yanaşı, Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçirilib.