Ov mövsümü ilə bağlı növlərin sayğısı və monitorinqləri həyata keçirilir
23 Sentyabr 2024, 11:05
Ölkə ərazisində mütəxəssislər tərəfindən növlərin sayğısı və monitorinqləri həyata keçirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu səbəbdən 2024-2025-ci illər üçün ov mövsümünün açılması məsələsinə "Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclasında baxılması nəzərdə tutulub.