17 Sentyabr 2024
“Çex modeli” üzrə nişanlanma işləri davam edirEkologiya və Təbii Sərvətlər Nazirliyinin Çex Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində 9-13 sentyabr tarixlərində Hirkan və Altıağac Milli Parklarında çex mütəxəssisi İvo Dokoupili tərəfindən milli parkların əməkdaşlarına treyninqlər təşkil olunub və təyin olunan marşrutlar üzrə ümumi uzunluğu 15 km olan nişanlanma işləri aparılıb.