22 Avqust 2024
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində meşə əraziləri 2.3 ton tullantıdan təmizlənib
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Masallı, Beyləqan, İsmayıllı, Şəki, Zaqatala, Oğuz, Qusar, Xızı, Sabirabad, Astara, Göygöl, Qazax, Gədəbəy və Bərdə rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
22 Avqust 2024
İctimai dinləmə keçiriləcək
Ölkə üzrə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyaları (LTS) sənədlərinin hazırlanmasında bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı və öz töhfələrini verməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür geniş və müxtəlif sahələri əhatə edən sənədin hazırlanmasında bütün maraqlı tərəflərin rəy və təkliflərinin alınması, təcrübə və bilik mübadiləsinin aparılması, ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə daha səmərəli və təsirli strategiyaların formalaşdırılmasına imkan yaradacaqdır.
22 Avqust 2024
İsti hava şəraiti müşahidə olunur
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur.
22 Avqust 2024
İsti günlərdə yanğına həssas bölgələr
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 22-23-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
21 Avqust 2024
Xidmət rəisi vətəndaş mövqeyinə görə ictimaiyyətə təşəkkür etdi
Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən tullantıların ətraf mühitə atılması, orada qalaqlanması ilə bağlı sosial şəbəkələrdə təəssüfedici görüntülər yayılır. Bəzi vətəndaşlarımız bu ərazilərə səfər edərkən istər qanunvericiliyə, istərsə də mənəvi dəyərlərimizə zidd olaraq tullantıları getdikləri, dincəldikləri ərazilərə atırlar. Bu kimi xoşagəlməz halları nəzərə alaraq, bir daha diqqətə çatdırıram ki, bu, həm inzibati qayda pozuntusu, həm də mənəvi dəyərlərimizə zidd olan hərəkətdir".