14 Oktyabr 2024
“Tullantıları hədiyyələrə dəyiş” festivalları çərçivəsində ümumi tutumu 14 795 litr olan plastik, 2 208 litr olan şüşə tullantı, 3 700 ədəd işlənmiş batareya təhvil verilib“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ictimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi, tullantıları mənbəyində toplayıb təkrar emal edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayon icra hakimiyyətlərinin, bir sıra özəl təşkilatların dəstəyi ilə müxtəlif ərazilərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalları keçirilib.