Xəbərlər

“Tullantıları hədiyyələrə dəyiş” festivalları çərçivəsində ümumi tutumu 14 795 litr olan plastik, 2 208 litr olan şüşə tullantı, 3 700 ədəd işlənmiş batareya təhvil verilib

14 Oktyabr 2024, 17:20

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ictimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi, tullantıları mənbəyində toplayıb təkrar emal edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayon icra hakimiyyətlərinin, bir sıra özəl təşkilatların dəstəyi ilə müxtəlif ərazilərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalları keçirilib.

Kiçikdən böyüyə hər kəsin marağına səbəb olan festivallar çərçivəsində vətəndaşlar tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Toplanan tullantının miqdarı:
- Ümumi tutumu 14795 litr olan plastik
- Ümumi tutumu 2208 litr olan şüşə
- 3700 ədəd işlənmiş batareya

Musiqili proqramla keçirilən festivallar zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyunlar keçirilib, ekoçantalar və kətan üzərində rəsmlər çəkilib, müxtəlif master klasslar təşkil olunub.

Festivalların keçirilməsində əsas məqsəd insanlara tullantıların dəyərli resurs olduğunu göstərmək və onların yenidən istifadəsinin və təkrar emal proseslərinə cəlb edilməsinin vacibliyini aşılamaqdır.