04 Mart 2024
Ümumdünya Vəhşi Təbiət Günündə turistlər vəhşi fauna və flora aləminin gözəlliyini görmək üçün milli parklara səfər edibUnikal landşaftları əhatə etməklə ekoloji turizmi özündə ehtiva edən milli parklarımızdakı vəhşi təbiətin gözəlliyini seyr etmək, baharın ilk əlamətlərini, göz oxşayan dəyişiklikləri müşahidə etmək məqsədilə turistlər Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət ediblər.