24 Sentyabr 2026
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıqMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.