Növbəti təmizlik aksiyası Xəzər dənizinin Şüvəlan sahilində keçirilib
23 Sentyabr 2026, 15:45
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında keçirilən növbəti təmizlik aksiyasına bu dəfə “Rabitəbank” ASC-nin əməkdaşları qoşulub.
Xəzər dənizinin Şüvəlan sahilində təşkil olunan aksiya çərçivəsində sahilboyu ərazidən 150 kiloqramdan artıq müxtəlif növ tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Aksiyanın əsas məqsədi sahilboyu ərazilərin tullantılardan təmizlənməsi, Xəzər dənizinin ekosisteminin qorunmasına töhfə verilməsi, eləcə də cəmiyyətdə ətraf mühitə məsuliyyətli münasibətin təşviq edilməsidir.