Xəbərlər


Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirilib

22 Sentyabr 2026, 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyası Xəzər dənizinin Sumqayıt sahilində keçirilib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Bakı Oksford Məktəbinin şagirdləri, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri və ekokönüllülər iştirak ediblər.

Tədbir çərçivəsində sahilboyu ərazidən 300 kiloqramdan artıq müxtəlif növ tullantının toplanaraq təhvil verilməsi təmin olunub.

Aksiyanın əsas məqsədi sahilboyu ərazilərin tullantılardan təmizlənməsi, Xəzər dənizinin ekosisteminin qorunmasına töhfə verilməsi, eləcə də cəmiyyətdə ətraf mühitə məsuliyyətli münasibətin təşviq edilməsidir.