İşlənmiş batareyaların utilizasiyası

“Batareyaları təhvil ver, təbiəti qoru”

İstifadəyə yararsız elektrik batareyalarının toplanması məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verib.

İlk 9 toplama qutusu “BRAVO” marketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində marketin müxtəlif filiallarında yerləşdirilib. Hazırda toplama qutuları “Araz”, “Neptun”, “Rahat”, “Bazarstore” marketlərdə, Çinar Plaza, Dalğa Plaza, Bayıl Plaza, BEGOC Biznes Mərkəzi, Şərq Bazarı, Zefir Mall-da yerləşdirilmişdir.

Eyni zamanda, müxtəlif dövlət qurumlarında, ali və orta ixtisas təhsil müəssisələrində də qutular yerləşdirilib, məntəqələrin sayı artırılır.

Bu layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.

Hər kəsi təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.

Qəbul məntəqələri

Ünvan: Mehdiabad qəs., C.Novruzov küç. ev 1

Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə

Ünvan: Xırdalan şəh., H.Əliyev pr. 167, bina 24, AAAF yaşayış kompleksi

Ünvan: Gəncə şəhəri, Nəriman Nərimanov pr. 76

Ünvan: Lənkəran şəh., Qala Xiyabani 20 - (Boranı restoranı ilə üzbəüz)

Ünvan: Masallı rayonu, Heydər Əliyev pr. 30A

Ünvan: Şamaxı şəhəri, Şəhriyar küç. 1 - (Şamaxı mədəniyyət evinin yanı)

Ünvan: Mingəçevir şəhəri, H.Əliyev pr. 53 - (köhnə Bazar Ticarət Mərkəzi)

Ünvan: Qəbələ rayonu, Səməd Vurğün küç. 1

Ünvan: Zaqatala şəhəri, Qurbanov küç. 3

Ünvan: Şəki şəhəri, S.Rəhmanov küç. ev 27