Zərdab sakini: Rayonumuzun yaşıllaşdırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik
Birinci vitse-prezident Mehriban Əliyevanın “Nəsimi ili” çərçivəsində respublikamızda bir gündə 650 min ağac əkək təşəbbüsünü biz zərdablı gənclər də böyük minnətdarlıqla, rəğbətlə qarşılamışıq. Hazırda noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına hazırlıq işlərində var qüvvəmizlə çalışırıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Zərdab sakini Qədirli Elmir söyləyib.
Birinci vitse-prezident Mehriban Əliyevanın dünyamızın ekoloji baxımdan gələcəyi üçün vacib çağırış olan bu təşəbbüsünün böyük əhəmiyyətini vurğulayan gənc deyib: “Bu xeyirxah təşəbbüs rayonumuzun da gözəlliyinə, təmizliyinə diqqət üçün bir fürsətdir. Biz gənclər bu fürsətdən istifadə edəcək, aran bölgə olan Zərdabın yaşıllaşdırılması, gözəlliyi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.