Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə keçirilən aksiyada 200 ağac əkildi. Bu, təbiətin qorunması, yaşıllaşdırılması, ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür. Aksiyada iştirak etməkdən məmnun oldum.
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bu fikirləri AZƏRTAC-a açıqlamasında deyib.
Səfir deyib ki, bütün dünyada olduğu kimi, Avropada da ekoloji tarazlığın qorunması istiqamətində müvafiq tədbirlər görülür. Təbiəti qorumaq vacibdir. Planetimizin gələcəyini qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki hər birimiz təbiətin bir hissəsiyik. Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq və insanlar sağlam ömür sürərlər.