15 İyul 2024
“Birlikdə təmiz dünya üçün” rubrikasına start verilir
Yay ayları hər kəsin sevdiyi, dincəldiyi, lakin təəssüf ki, ətraf mühitə qarşı ən çox laqeyd yanaşılan mövsümdür. İstirahət etdiyimiz təbiət əraziləri- meşələr, çay kənarları, dəniz sahilləri məhz istirahətə gələnlərin atdığı tullantılarla çirkləndirilir.
15 İyul 2024
Dəniz sahilləri, çay vadiləri və yaşıllıq ərazilərdə təmizlik aksiyaları keçirilib
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Astara rayonu sahilində, Siyəzən rayonu Zarat kəndində, Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində, Tərtər-Ağdərə avtomobil yolunun ətraf ərazilərində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində, Bolqarçayın Biləsuvar rayonu ərazisindən keçən hissəsində iməciliklər keçirilib.
14 İyul 2024
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində təmizlik aksiyaları davam edir
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Oğuz, İmişli, İsmayıllı, Masallı, Bərdə, Tovuz, Şirvan, Şəmkir, Göygöl və Qax rayonlarının meşə fondu ərazilərində iməciliklər keçirilib.
13 İyul 2024
Təmizlik aksiyası və tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçirilib
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində təşkil olunub.
13 İyul 2024
İctimai-iaşə obyektlərinin sahiblərinə çağırış
Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.