Xəbərlər


Regionlarda ekoloji maarifləndirmə tədbirləri davam edir

08 Aprel 2026, 17:50

Gənc nəslə ekoloji dəyərlərin aşılanması və ekoloji düşüncə tərzinin formalaşdırılması məqsədilə növbəti maarifləndirici görüşlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları Beyləqan, Gəncə və Cəbrayılın Cocuq Mərcanlı kəndində şagirdlərlə görüşüblər:
- Beyləqan Peşə məktəbi
- Gəncə şəhəri 42 nömrəli tam orta məktəb
- Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlərdə tullantıların düzgün çeşidlənməsi, təkrar emal, iqlim dəyişiklikləri, eləcə də bitki və heyvanların ekosistemdə rolu barədə məlumat verilib.

Eyni zamanda su və enerji resurslarından səmərəli istifadə, gündəlik seçimlərin şəhər mühitinə və ətraf mühitə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.