23 Aprel 2026
Süni intellekt mövzusunda təlim təşkil olunubEkologiya və Təbii Sərvətlər Nazirliyində əməkdaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə süni intellekt mövzusuna həsr olunmuş təlim keçirilib. Tədbir dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, eləcə də müasir texnologiyalardan səmərəli istifadə bacarıqlarının artırılmasına yönəlib.