02 Oktyabr 2025
Yalnız inventarlaşdırılmış və nişanlanmış ağaclarla bağlı müraciətlərə rəy veriləcəkBakı və Gəncə şəhərlərinin inzibati ərazilərində pilot layihə olaraq başlanılan ağacların inventarlaşdırılması və nişanlanması işləri davam etdirilir. Bu ölkə ərazisindəki yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, onların qorunması və səmərəli idarə olunması, eyni zamanda ictimai nəzarətin gücləndirilməsi məqsədi daşıyır.