“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində könüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb
30 Sentyabr 2025, 18:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində könüllülər “Bakı Metropoliteni” QSC-nin inzibati binasından, “Araz” supermarketlər şəbəkəsinin Spar 1 və Spar 20 Yanvar filiallarından, "Bravo" supermarketlər şəbəkəsinin Əhmədli və Koroğlu hipermarketlərindən ümumilikdə 98 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması və xüsusi şəraitdə zərərsizləşdirilməsi, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin artırılması, tullantıların düzgün idarə olunması barədə maarifləndirmənin gücləndirilməsidir.