07 Yanvar 2026
Dumanlı hava şəraiti haqqında məlumatMilli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.