05 Noyabr 2025
Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Zaqatala rayonu Yuxarı Tala kənd T.Yunusov adına 2 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic qəsəbəsi 4 nömrəli tam orta məktəb, Şamaxı rayonu Sabir qəsəbəsi A.Alxanov adına tam orta məktəb, Gəncə şəhər 7 nömrəli tam orta məktəb, Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəb və Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbin şagirdləri ilə növbəti maarifləndirici görüşlər keçirilib.