06 Noyabr 2025
Samur-Yalama Milli Parkının yaradılması gününə həsr olunmuş maarifləndirici tədbir keçirilibSamur-Yalama Milli Parkının “Tel bulağı” marşrutunda 5 noyabr – Samur-Yalama Milli Parkının yaradılması günü münasibətilə maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin əməkdaşları, həmçinin Xaçmaz rayonunun Susayqışlaq kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.