29 Fevral 2024
“Dayanıqlı gələcək üçün maarifləndirmə” devizi altında növbəti maarifləndirici görüş keçirilibOrta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, tullantıların düzgün idarə edilməsi prosesinə cəlb olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.