“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib
06 Aprel 2024, 17:45
Meşə yanğınlarının qarşısının alınması məqsədilə 6 və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə İsmayıllı və Cəlilabad rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.