“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qoşulub.
Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.
Gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılması və onlarda ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə növbəti ekoloji maarifləndirici görüş Zərdab rayonunun Dəli Quşçu kənd tam orta məktəbində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondunun birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekoloji məsuliyyətin artırılması istiqamətində fəaliyyətlər davam edir.