Təbiəti qorumaq kiçik addımlardan başlayır!
19 Oktyabr 2026, 18:44
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondunun birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekoloji məsuliyyətin artırılması istiqamətində fəaliyyətlər davam edir.
Ekokönüllülər tərəfindən:
- “Bank Respublika”nın baş ofisindən
- “Araz” supermarketlər şəbəkəsinin Statistika filialından
- “Bravo” supermarketlər şəbəkəsinin Gənclik və Koroğlu filiallarından
ümumilikdə 82 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Hər düzgün atılan addım daha təmiz və sağlam gələcəyə töhfədir!
Yaşıl gələcək naminə layihəyə dəstək göstərən bütün tərəfdaşlara və ekokönüllülərə təşəkkür edirik.