Xəbərlər


Gənclərlə növbəti ekoloji maarifləndirici görüş Zərdabda keçirilib

20 Oktyabr 2026, 14:58

Gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılması və onlarda ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə növbəti ekoloji maarifləndirici görüş Zərdab rayonunun Dəli Quşçu kənd tam orta məktəbində keçirilib.

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təşkil olunan görüş zamanı ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji tarazlığın təmin olunmasında gənclərin rolu barədə ətraflı məlumat verilib.