10 Avqust 2024
“12 avqust-Xəzər günü” ilə əlaqədar Xəzərin Bilgəh sahilində təmizlik aksiyası keçirilibEkologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Sabunçu Rayon İcra Hakimiyyəti, Dövlət Gömrük Komitəsi, Hava Nəqliyyatında Gömrük İdarəsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “Təmiz Şəhər” ASC nümayəndələrinin, DOST, miqrasiya könüllülərinin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Xəzər dənizinin Bilgəh sahilindən 1 ton tullantı təmizlənərək daşınıb.