“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Xaçmaz sahilində, Masallı rayonu Musaküçə, İsmayıllı rayonu Sumağallı və Füzuli rayonu Bala Bəhmənli kəndlərində, Kür çayının Sabirabad, Oğuz çayının Oğuz, Kürəkçayın Goranboy, Həkəri çayının Laçın rayonları ərazisindən keçən hissələrində, Mingəçevir şəhəri 20 Yanvar küçəsində, Lənkəran, Masallı və Şamaxı meşə ərazilərində təmizlik aksiyaları keçirilib.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə və kommunal müəssisə kombinatının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), “NARGİS” jurnalının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Ağcabədi, Tovuz, Gədəbəy, Saatlı, Göygöl, Qax, Zaqatala, Bərdə, Qusar və Xaçmaz rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir.