“12 avqust-Xəzər günü” ilə əlaqədar Xəzərin Bilgəh sahilində təmizlik aksiyası keçirilib
10 Avqust 2024, 15:50
Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Sabunçu Rayon İcra Hakimiyyəti, Dövlət Gömrük Komitəsi, Hava Nəqliyyatında Gömrük İdarəsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “Təmiz Şəhər” ASC nümayəndələrinin, DOST, miqrasiya könüllülərinin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı Xəzər dənizinin Bilgəh sahilindən 1 ton tullantı təmizlənərək daşınıb.
Sahilyanı iməcilik “Tullantını topla, ekoçanta apar” aksiyası ilə davam edib, vətəndaşlar ətraf ərazidən topladıqları plastik tullantıları gətirərək əvəzində ekoçanta əldə ediblər. Aksiya vətəndaşları tullantıların düzgün idarəsinə, o cümlədən Xəzər dənizinin sahilini təmiz saxlamağa təşviq etmək, “ekoloji dost” alternativlərdən istifadəyə marağı artırmaq məqsədilə keçirilib.
Qeyd edək ki, hər il avqustun 12-si Xəzər dənizinin ekoloji əhəmiyyəti haqqında məlumatlılığın artırılması məqsədilə “Xəzər Günü” kimi qeyd olunur. Bu gün 2006-cı ildə Xəzəryanı dövlətlər: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”na əsasən təsis edilib.