15 Sentyabr 2023
Havanın dəyişəcəyi ilə bağlı məlumatMilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 17-si gündüzdən 18-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20, arabir 23-25 m/s, 17-si axşamdan 18-i gündüzədək isə yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı gözlənilir.