29 İyul 2024
Ölkə ərazisində müşahidə olunan hava durumu
Hazırda Gəncə-Qazax bölgəsində fasilələrlə leysan xarakterli yağış yağır, Qarabağ və Şərqi-Zəngəzur, Lənkəran-Astara bölgələrinin bəzi yerlərində isə zəif yağıntılı hava şəraiti müşahidə olunur. Balakən-Şəki və Quba-Qusar bölgələrində yağıntıda fasilə yaranıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
29 İyul 2024
Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata görə, ölkənin əksər bğlgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.
28 İyul 2024
Ölkə ərazisində müşahidə olunan hava
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə əksər rayonlarda yağıntılarda fasilə yaranıb. Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, Lənkəran, Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır. Bunu Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib.
28 İyul 2024
Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
28 İyul 2024
Mətbuat katibi: yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik
Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.