Faktiki hava
28 İyul 2024, 16:05
Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Xınalıq, Qrız, Şahdağ, Bərdə, Tərtər, Göyçay, Şirvan, Yevlax, Mingəçevir, İmişli, Yarımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Şimal-qərb küləyi güclənərək sarı xəbərdarlığa uyğun olaraq Hacıqabulda 15 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 21 m/s-yə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti olub.