04 Sentyabr 2026
Ayıların kəndlərə yaxınlaşması və təsərrüfatlara ziyan vurması hallarının qarşısının alınması müzakirə edilibSon dövrlər ölkənin müxtəlif bölgələrində, meşə massivləri ətrafında yerləşən yaşayış məntəqələrində ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması, təsərrüfatlara və heyvanlara ziyan vurması ilə bağlı müraciətlər daxil olur. Mövcud vəziyyətin səbəblərinin araşdırılması və belə halların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.